Daha öncə xəbər verdiyimiz kimi, dünən işğal altında olan Qarabağda təxribat törətməyə cəhd edən erməni əsgər Vaçe Çilinqaryan məhv edilib. O, Ermənistanın Qeğarkunik vilayətinin Şoğakat kənd sakini olub.
Ordu.az təxribatçı əsgərin məhv edilməsi zamanı daha bir nüansı dəqiqləşdirib.
Məlumata görə, təxribata cəhd zamanı atışma baş verib və onun əsgər yoldaşlarından biri yaralanıb. Çilinqaryan isə yaralı erməni əsgərinə kömək etməyə cəhd edərkən məhv edilib.
Məlumatdan aydın olur ki, düşmən məhv edilən Çilinqaryandan əlavə daha bir yaralı əsgərini gizlədib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Erməni-ordusu
Qarabağ
Təxribat